Sosial

  • 5 040

"Azad edilən ərazilərin abadlaşdırılması turist axınını sürətləndirir" - EKSPERT FİKRİ

image

“Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra dərhal abadlaşdırma işlərinə başlandı”. Bu barədə SİA-ya açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib. Onun sözlərinə görə, ərazilərin minalardan, partlayıcı maddələrdən təmizlənməsi vaxt alsa da yenidənqurma, bərpa işləri sürətlə davam edir: “Bu gün ərazilərin minalardan təmizlənməsi, abadlaşdırılması və yenidən qurulması turist axınını mütəmadiləşdirir və sürətləndirir. Bundan əlavə yeni distansiyalar da açılır. Bu gün Bakıdan Şuşaya, Füzuliyə avtobus relsləri var. Turistlər bu yolla həmin ərazilərə səfər edirlər. Ötən il 1133 şəxs iş adamları istisna olmaqla turist qismində Şuşaya səfər edib. Azərbaycan ərazilərində separatçı dəstənin heç bir üzvü qalmayıb, erməni sakinlər də öz istəkləri ilə ərazilərimizi tərk etdilər. Bu da Azərbaycan vətəndaşlarının bölgəyə rahat şəkildə gedib-gəlməsinə təminat yaradır”.Ekspert bildirib ki, Azərbaycanın suveren əraziləri tam olaraq bərpa edilib, yenidənqurma işləri aparılır, beynəlxalq yol infrastrukturu düzəlib, inzibati binalar tikilir: “İşğaldan azad olunan rayonların hamısına yollar çəkilib. Bununla belə artıq qəsəbə və kəndlər arasında çəkilən yolları da bura aid edə bilərik. Bunlar da təbii ki, gələcəkdə işğaldan azad olunan hər bir nöqtəyə turist axınını mütəmadiləşdirəcək. İşğaldan azad olunan ərazilərimizdə yeni yaşayış massivlərinin salınması və əhalinin öz dədə-baba yurdlarına köçməsi Azərbaycan, xüsusilə də Qarabağ turizmində böyük bir inqilab yaradacaq. Yerli və xarici turistlərin hərəkəti Qarabağ istiqamətində dayanıqlı və davamlı olacaq”.

Müəllif: Rəşid Qarayev

Digər xəbərlər