Sosial

  • 2 734

Gədəbəydə şəhid məzarları ziyarət olunub - FOTOLAR

image

05 aprel 2024-cu il tarixində YAP Gədəbəy rayon Təşkilatının əməkdaşları, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Gədəbəy rayon Cümə məscidinin imamı eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canlarından keçən şəhidlərimiz- rayonun İnəkboğan kənd sakini Allahverdiyev Turxan Rəsul oğlunun və Maarif kənd sakini Məmişov Tural Tələt oğlunun doğum günləri münasibətilə məzarları ziyarət edilərək xatirələri ehtiramla anılıdı, məzarları üzərinə gül dəsətələri düzüldü və ruhlarına dualar oxunudu.

Ailələri ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Digər xəbərlər