Sosial

  • 1 926

"Hər vətəndaş məsuliyyəti hiss etməlidir" - İLQAR QASIMOV

image

"Ətraf mühit və uşaqlar ən həssas qruplardır. Hər vətəndaş məsuliyyəti hiss etməlidir. Böyüklərin hər tullantıda uşaqları fikirləşməsi lazımdır. Ölkəmizdə ana və uşaq sağlamlığı sahəsində həll olunmalı məsələlər olmalıdır. Elmi təqdiqat mərkəzlərindən ətraf mühitin uşaqların səhhətinə təsirini araşdırırıq. Boya tərkibində olan qurğuşun da idarə olunmalıdır". SİA xəbər verir ki, bu sözləri Səhiyyə nazirinin müavini İlqar Qasımov deyib.Onun sözlərinə görə, qurğuşun yüksək olanda beyin inkişafı problemləri yarana bilir: "Eyni zamanda Bakımızın havasının çirklənməsində nəqliyyat da mühüm rol oynayır. Aidiyyatı qurumlarla bağlı qapalı məkanlarda, məktəblərdə havanın çirklənməsinin idarə olunması, kəskin və xroniki zəhərlənmələrin qarşısının alınması məsələləri diqqətdə saxlanılmalıdır".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər