Sosial

  • 2 276

Sağlam ailə modelinin təbliği ilə bağlı deputatın gənclərlə görüşü keçirilib - LAYİHƏ

image

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlam ailə modelinin təbliği” adlı layihənin icrasına başlayıb.

Layihə çərçivəsində gənclərin Azərbaycan ailə institutu və sağlam ailə modeli ilə bağlı maarifləndirilməsi məqsədilə Milli Məclisin deputatı Elman Nəsirovla universitet tələbələrinin görüşü təşkil olunub. Neft və Sənaye Universietinin, Slavyan Universitetinin və Dövlət Pedaqoji Universistetin tələbələrinin iştirak etdiyi görüşdə maraqlı müzakirələr aparılıb, gənclərin bu mövzuda sualları cavablandırılıb. Tədbir maraqlı müzakirələr və qarşılıqlı sual-cavab formasında davam edib.

Bu sahədəki mövcud problemlər və çıxış yolları haqda danışılıb, tarixi ənənələrimiz və müasir şəraitlə bağlı məsələlər analiz olunub, Azərbaycan ailə institutunun qorunub saxlanılması, ailə dəyərlərimizin yaşadılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, layihə çərçivəsində 4 şəhərdə- Bakı, Şirvan, Quba və Lənkəranda maarifləndirici tədbirlər keçiriləcək. Sosial şəbəkələrdə 18 elektron banner hazırlanaraq paylaşılması təmin olunacaq.

Layihə 3 ay (01.06.2024-cü il - 31.08.2024-cü il) müddətində icra olunacaq.

Digər xəbərlər