Sosial

  • 3 426

Naxçıvanda yeni bağlanmış əmək müqavilələrinin sayı 2 dəfə artıb

image

Yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 2926 yeni vergi ödəyicisi qeydiyyata alınıb. SİA-nın Naxçıvan bürosu xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1 faiz artıb. 2024-cü ilin yanvar-may aylarında qeydiyyata alınmış aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 2607 olub.Cari ilin 5 ayında aktiv vergi ödəyicilərində bağlanmış yeni əmək müqavilələrinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq, 526 ədəd təşkil edib.

Digər xəbərlər