Sosial

  • 1 933

Yadplanetli ilə görüşüm HADİSƏ

image

Bəzən insan yaşadığı ömür yolunda rastlaşdığı müxtəlif rəngdən və çalardan ibarət olan hadisələrin içində itib-batır və uzun müddət bu hadisəni unuda bilmir və ya onun təsirindən çıxmaq gücünə malik olmur. Çoxları o fikirdədir ki, müəmmalı davranış sərgiləyən və ya fərqli ömür sürməyə can atan insanların əsas hissəsi yadplanetlilərin təsiri altına düşən və onlardan müəyyən göstərişlər alan insanlardır. Aramızda yadplanetlilərin yaşadığını deyən şəxslər də var. Onlardan biri də dünyaca tanınmış milyarder Elon Maskdır. O özü bunu təkzib etməyib. 2021-ci ilin aprelində Elon Mask “X” hesabında ondan: “Sən yadplanetlisən?”-deyə sual edən izləyicisinə, “bu, aydındır”, - deyə müəmmalı cavab vermişdir. Hətta E.Mask”X” hesabında iddia etmişdir ki, Misir piramidalarını yadplanetlilər tikib. Milyarder sübut etməyə çalışıb ki, Firon II Ramzes yadplanetli olub.

Bəli, tanınmış alimlərin, tədqiqatçıların, hətta sadə insanların fikirlərinə əsasən demək olar ki, yadplanetlilər bizim planetimizdədirlər. Onlar tez-tez müxtəif insanlarla görüşür, söhbətlər aparır, onlara öz ideyalarını, təkliflərini çatdırırlar. Bəzən insanları özləri ilə planetlərinə də aparırlar. Çoxsaylı insanın yoxa çıxması, məhz yadplanetlilərin səyinin nəticəsi olduğu bildirilir. Keçmiş hərbçi, I-ci Qarabağ Müharibəsi iştirakçısı və ikinci qrup əlili Yaşar İdris oğlu Süleymanovun üzləşdiyi hadisə də bəşər tarixinin ən qəribə və müəmmalı hadisələrindəndir. Özünün dediyinə görə, rastlaşdığı hadisə yalan, şirin yuxu, nağıl və mifologiya deyil, əsl həqiqətdir: “13.06.1997-ci il tarixdə diviziyaya telefonoqramma gəlmişdi, baş leytenant Süleymanov təcili olaraq Tərtər Qarnizonu Hərbi Prokurorluğuna gəlsin. Mən ezam vərəqəsini alandan sonra Bakıda ailəmlə görüşüb axşam qatarla Bərdə rayonuna yola düşdüm. Səhəri oldum Tərtər Qarnizonunun Hərbi Prokurorluğunda. İşim uzandığı üçün gecəni qohumumun evində qalmalı oldum. 06.07.1997-ci il gecə yarısında birdən hiss etdim ki, evə gözə görünməyən ruh daxil oldu və sifətimə üfürdü. Üfürcək mənim orqanıma daxil oldu və bu məndə qəribə hisslər yaratdı. Tez paltarımı geyinib evin həyətinə çıxdım. Ətrafımda sakitlik hökm sürürdü, evdə insanlar, həyətdə isə mal- qara yatmışdılar. Sonra evin arxasına keçdim və başımı qaldıranda göy üzündə böyük, işıqsaçan dairəvi formada obyekt gördüm.. Onda əmin oldum ki, evdə rastlaşdığım yadplanetli imiş. Birdən o böyük işıqsaçan dairəvi formalı obyekt mənə müraciət etdi - “ də, nə istəyirsən?”. Mən bir az fikirləşib rus dilində “heç nə istəmirəm”, - cavabını verdim və əlavə etdim: “Mən insanam və Allah hər insana bir əsrə qədər ömür verir, lakin bundan sonra mən neçə il yaşayacağam, o asılıdır Allahdan və diz üstə yıxıldım. Ayağa qalxanda Ulu Tanriya şükür etdim və dedim ki, Ulu Tanrı, mən təşəkkür edirəm ki, sən məni bu gecə yuxudan oyatdın və mən hər insanın rastlaşmadığı, görmədiyi bir varlığı gördüm”.

Yaşar İdris oğlu Süleymanov bildirdi ki, o, bu sözləri deyəndən sonra elə bil heç bir şey olmayıb, həyat qayıdıb öz axarına: “Bundan sonra mənim səhhətimdə dəyişikliklər baş verdi. Səhhətim ağır olduğu üçün əmim uşaqları İbrahim (Cəlil, Xəlil dünyasını dəyişiblər) Bakıda məni müalicə üçün hərbi qospitala yerləşdirdilər. Müalicə alandan sonra mən ordudan tərxis oldum və gördüklərimi analiz etməyə, müqəddəs kitablar oxumağa, başıma gələn əhvalatı daha da dərindən öyrənməyə başladım. Azərbaycan Respublikası Elmlər Akademiyasına, Bakı Biznes mərkəzinə, Respublika Televiziya kanallarına müraciət etdim bu işlə bağlı. Lakin heç kim mənə bu işdə dəstək olmadı. Baxmayaraq Tərtər rayonu Mamırlı kəndində şahidlərim var. Amma əlimdə olan texniki arsenal sübut etmək üçün yoxdur, yalnız məsələni aid eləmək üçün böyük dövlətlər ABŞ, NASA, Rusiyanın dövlət federal xidməti, Fransa, Yaponiya, Çin Milli Təhlükəsizlik nazirlikləri buna aydınlıq gətirə bilərlər. Bununla bağlı mənim heç bir əlavəm yoxdur”.

İlham

Digər xəbərlər