Sosial

  • 3 548

Son altı ayda 23 mindən çox şəxsə əlillik təyin olunub

image

Bu ilin yanvar-iyun ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 23,4 min şəxsə əlillik təyin edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlardan 11,5 mininə ilkin, 11,9 mininə təkrar əlillik təyinatı aparılıb.Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Digər xəbərlər