Sosial

  • 1 662

“Etibarnamənin olmasına xüsusi tələb və ehtiyac yoxdur” - EKSPERT RƏY BİLDİRDİ

image

“Nəqliyyat vasitələri üçün 2 halda etibarnamə verilir. Birincisi, mülki etibarnamədir. Bu etibarnamə nəqliyyat vasitələrinin alqı-satqısı üçün nəzərdə tutulur. Bu etibarnamələrin ləğv edilməsi mülki məcəllənin tələblərinə ziddir. Amma bir etibarnamə də var ki, o məhz nəqliyyat vasitəsini idarə etmək üçündür”. Bu sözləri SİA-ya danışan nəqliyyat eksperti İlqar Hüseynov deyib. Onun sözlərinə görə, nəqliyyat vasitəsinin idarə olunması üçün bir şəxsdən digər şəxsə nəqliyyat sürmək üçün mülki etibarnamənin verilməsinin o qədər də əhəmiyyəti yoxdur: “Burada iki faktor var: birincisi, əgər o etibarnamə o şərt daxilində verilər ki, tutaq ki, nəqliyyat vasitəsini ikinci tərəf qaçırmasın, aparmasın, ona hansısa bir zərər toxunmasın, bilinsin ki, nəqliyyat vasitəsi bundadır. Və yaxud oğurluqların qarşısı alınır. Belə hallarda şəxsi etibarnamə verməsi əhəmiyyətli deyil, çünki doğrudan da, nəqliyyat vasitəsi qaçırılmış olsa, dərhal sahibi bununla bağlı DYP əməkdaşlarına məlumat verər və o nəqliyyat vasitələri şəhər daxilində, ölkə daxilində istədiyi kimi rahat hərəkət edə bilmirlər. Əgər oğru gecə vaxtı onu qaçırıb, hər hansı sexdə sökübsə, dağıdıbsa, etibarnamənin olub-olmaması o qədər də əhəmiyyət kəsb etmir. Çünki istənilən halda oğurluq halları baş verərsə, etibarnamə oldu, ya da olmadı vətəndaş – nəqliyyat vasitəsi sahibi polisə və müvafiq strukturlara bununla bağlı məlumat verir. Yox əgər bu hallar mövcud deyilsə, istənilən sürücülük vəsiqəsi olan şəxsə nəqliyyat vasitəsini verirsə ki, harasa gedib gəlməyə əsas odur ki, onun sürücülük vəsiqəsi olsun, demək, ortada hər hansı bir dövlət yol polis orqanlarına şikayət yoxdursa, deməli, razılıq əsasında verilib".
Ekspertin sözlərinə görə, etibarnamənin olmasına xüsusi tələb və ehtiyac yoxdur: "Məsələn Rusiyada müşahidə etmişəm, etibarnamə əvəzinə bəzən əlyazma ilə biri digərinə nəqliyyat vasitəsini sürmək üçün verib və altından sadəcə imzasını qoyur: məsələn, maşını filankəsə verirəm sürmək üçün. Həmçinin elektronlaşma gedir, bütün nəqliyyat vasitələri haqqında informasiyalar elektron bazarlarda var və şübhəli məqam yaranan kimi dərhal elektron baza vasitəsilə nəqliyyat vasitəsi sahibinə çıxış imkanı yaranır. Dərhal da yol polisi müəyyən edir ki, bu, həqiqətən də şəxsə razılıq və ya qeyri-razılıq əsasında verilib. Buna görə də bu, iki etibarnamədən birinin yəni sürücü üçün verilən etibarnamənin o qədər də əhəmiyyəti, rolu qalmır".

Digər xəbərlər