Sosial

  • 2 201

“Evlərin yerləşdiyi coğrafi mövqedən asılı olaraq təhlükəsizlik nəzərə alınmalıdır” - EKSPERT DANIŞDI

image

“Evlərin yerləşdiyi yerin coğrafi mövqeyindən asılı olaraq, həmin ərazidə gözlənə biləcək bütün təhlükə hisslərinə qarşı, yəni, sürüşmə zonasıdırsa, sürüşmə təhlükəsinə qarşı; uçqun zonasıdırsa, uçqun təhlükəsinə qarşı; sel daşması zamanı yarana biləcək təhlükələrə qarşı; seysmik cəhətdən aktiv yerdə yerləşirsə, tikinti zamanı bunların hər biri təhlükə hisləri nəzərə alınır". Bu sözləri SİA-ya danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev söyləyib. Ekspertin sözlərinə görə, evlər tikinti normativinə uyğun aparılıbsa, onun harada yerləşməsinin ciddi təhlükə riski olma ehtimalı yoxdur: "Bu kompleks görülən və kompleks yanaşmalı olan məsələdir. Əgər tikili istər fərdi yaşayış evləri, istər çoxmənzilli yaşayış binası, istərsə də qeyri yaşayış sahələri olsun, tikinti normativinə uyğun aparılıbsa, onun harada yerləşməsinin ciddi təhlükə riski olma ehtimalı yoxdur”.“Təbiki digər məsələlər də nəzərə alınmaqla yəni ərazinin infrastrukturu, ərazidən keçən kommunikasiyalar, ərazidə məskunlaşmanın sıxlığı və.s bunlar hər biri, bir-biri ilə bağlı olan məsələlərdir. Ona görə insanlar fərdi yaşayış evi də tikərkən, ərazidə hansı təhlükə hisslər ola bilər, ərazi seysmik, vulkanik, sürüşmə zonasında, sel yatağında yerləşirsə və s. bütün bu hislər nəzərə alınmalıdır. Ondan sonra artıq istər tikinti prosesinə, istərsə də məskunlaşma prosesinə qərar verilməlidir",- deyə o əlavə edib.

Digər xəbərlər