Sosial

  • 2 540

İmişlidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub

image

İmişli rayonunda baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub. SİA xəbər verir ki, hadisə zamanı "Mitsubishi" markalı minik avtomobili və "Ford" markalı yük maşını toqquşub, qəza nəticəsində yük maşını aşıb. Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım heyəti, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, Dövlət Yol Polisinin əməkdaşları cəlb ediliblər. Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər çıxarılıb.

Hadisə nəticəsində xəsarət alan üç nəfər - İbrahim Xəlil Nizami, Atamoğlan Nazim oğlu Məmmədov, Nofel Fərmayil oğlu Eyvazov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər