"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. SİA ADY-yə istinadən xəbər verirki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir. Əlavə təyin edilən qatarlar iyulun 29-da saat 09:15-də Bakıdan- Ağstafaya, iyulun 30-da saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Psixoloqlara görə, öz kimliyinin çevik qavranılması insanların dəyişikliklərə daha asan uyğunlaşmasına, emosional tarazlığı qorumasına və yeni ideyalar kəşf etməsinə kömək edir...