Sosial

  • 1 011

Sağ ol, COP! -REPLİKA

image

Uzağa niyə gedirik ki, götürək gündəlik məişətimizi. Qadınlar var ki, pintidir, eşidəndə ki, evlərinə qonaq gəlir, başlayırlar, evi əməlli-başlı təmizləməyə. Belə qadınların əri bilirsiniz, nə deyir? Deyirlər ki, bu qonaq tez-tez gəlmir ki, bizim evimiz təmizlik görsün.

İndi də COP. Sağ ol, ay COP. Nə yaxşı ki, dəlirsən, Gəl, xoş gəlirsən, səfa gətirirsən. Sənin gəlişinlə bu gözəllikdə şəhərimizdə işinin öhdəsindən gələ bilməyənlər, müxtəlif əraziləri aylar, illərlə gözdən kənarda buraxanlar artıq təmizlik işlərinə başlayıb. Elə hər gün yanından ötüb işə gəldiyim Xətai rayonu, Fəzail Bayramov 1156 kimi. Burada yol kənarı bineyi- qədimdən hasarlanıb. Hasarın o üzündə nə var, nə yox, bunu haradan bilərdik ki.

Bu günlər həmin hasar sökülməyə başladı. Dedilər ki, böyük tədbirə görə sökülür, dəyişiləcək. Söküldü, bəli, söküldü. Lakin bu söküntüdən sonra nələr çıxdı ortaya, gözlülər olsun, görməsin.

Sən demə bu ərazinin üstü bəzək, altı....

Məsələ bunda da deyil. Ondadır ki, günlərdir, sökülüb, yeni hasar çəkilməyə də başlanıb, hələ o tullantıları oradan götürən olmayıb. Mən düşünürəm ki, bu köhnə tullantılar yeni vurulan hasarın o üzündə qalacaq. Bəs siz?..

Mətanət Məmmədova

Digər xəbərlər