Sosial

  • 939

Xəzər dənizindən 1 tondan artıq tullantı yığılıb - FOTOLAR

image

"Təmiz ölkəm" devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiya avqustun 3-də Xəzər dənizinin Novxanı sahilində keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının, Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin nümayəndələrinin, "Təmiz Şəhər" ASC-nin, "AzərGold" QSC-nin, "NARGİS" jurnalının, "Araz" supermarketlər şəbəkəsinin, "ASAN" könüllülərin və ekokönüllülərin iştirak etdiyi aksiyada 1 tondan artıq tullantı yığılaraq daşınıb.

Bildirilib ki, təmizlik aksiyalarının keçirilməsində məqsəd insanları ətraf mühitə daha həssas və məsuliyyətli davranmağa təşviq etmək, tullantıların azaldılması və düzgün idarə olunmasına nail olmaqdır.

Digər xəbərlər