Sosial

  • 1 254

ASAN könüllülərinin növbəti layihəsi Şamaxıda gerçəkləşib

image

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının, “Global Shapers Shamakhi Hub”ın, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə Şamaxı regional “ASAN xidmət” mərkəzində “Erkən nikah sahəsində gənclərin maarifləndirilməsi” adlı üçgünlük layihə keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, layihədə 40 nəfərdən çox gənc iştirak edib.Layihə çərçivəsində erkən nikahın sosial, iqtisadi, psixoloji və hüquqi təsirləri müzakirə edilib, iştirakçılarla bu mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Mövzuya uyğun təşkil edilmiş təlimlərdə erkən nikahın fəsadları, sağlam ailə münasibətlərinin qurulması yolları, erkən nikahın hüquqi aspektləri, mübarizə mexanizmləri və sağlamlığa təsirləri geniş şəkildə təhlil edilib. Bu biliklərin praktikada tətbiqi üçün interaktiv fəaliyyətlər və praktiki məşğələlər keçirilib.Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Digər xəbərlər