Sentyabrın 14–15-də Moskvada BRICS qrupunun Media Sammiti keçiriləcək. SİA xəbər verir ki, Rusiyanın TASS İnformasiya Agentliyi tərəfindən təşkil ediləcək sammitdə BRICS-ın aparıcı media strukturlarının rəhbərləri, eləcə də birliyə qoşulmaq üçün ərizə ilə müraciət etmiş ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.
Dəvət edilən çıxışçılar arasında Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, xarici işlər nazirinin müavini Sergey Ryabkov, rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Bella Çerkesova yer alıblar.
Media Sammitinin zəngin proqramı ekspertlər və rəsmi şəxslərin iştirakı ilə çoxqütblü dünyada sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsində BRICS media cəmiyyətinin roluna, eləcə də birlik ölkələrinin informasiya sahəsində qarşılıqlı fəaliyyətin texnoloji aspektlərinə həsr olunmuş panel sessiyaları ehtiva edəcək.
Bu mövsüm ayaq biləyi çəkmələri hansı dəyişikliklərə məruz qalıb və stilistlər ağ idman ayaqqabılarının əvəzedicisi kimi indi nə təklif edirlər?
Cinayət hekayələri və detektivlərin pərəstişkarları analitik bacarıqlarını sınaya bilərlər...