PDF Oxu

Sosial

  • 2 052

“Koreya hökuməti ölkəmizə 500 000 dollar dəyərində tibbi avadanlıq ianə edib” - ZAUR ƏLİYEV

image

“Koreya hökumətinin həyata keçirdiyi Kiçik Həcmli İnkişafa Yardım layihəsi çərçivəsində birgə səylərimizi davam etdiririk. Layihənin əsas məqsədi müəyyən edilmiş istiqamətlər üzrə tibbi sığortanın əlçatanlığını artırmaqdır”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.O bildirib ki, Koreya hökuməti tərəfindən ianə edilən avadanlıqlar İTSDA-ya bölgə əhalisinin daha rahat çıxışını təmin edəcək: “Həmçinin ianə edilən avadanlıqlar xəstələri kritik vəziyyətdən çıxarmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Əldə edilən razılığa əsasən ianə edilən avadanlıqların ümumi dəyəri 500 000 ABŞ dolları təşkil edir.Qeyd edim ki, bu Koreya hökumətinin dövlətimizə ianə etdiyi ilk tibbi avadanlıq deyil, TƏBİB tabeliyində olan xəstəxanalra ana və uşaq sağlamlığının qorunması, COVİD pandemiyası zamanı münayinə köşkləri ianə edilib. Bütün bunlar xalqlar arasında möhkəm dostluğun gücləndirilməsi deməkdir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər