Azərbaycanda Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılır. SİA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin noyabrın 7-də keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:
- vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;
- Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;
- İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;
- məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq;
- Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Çinin meqapolislərinin sakinləri sağ qalmalarını təsdiqləmək üçün kütləvi şəkildə xidmətdən istifadə etməyə başlayıblar...
Texnologiya sadə, lakin inqilabi xarakter daşıyır…