PDF Oxu

Sosial

  • 1 869

"Sürücülük vəsiqəsini heç bir halda pulla almaq olmaz" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Azərbaycanda sürücülük vəsiqəsini heç bir halda qeyri-qanuni yollarla əldə etmək, almaq mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.O bildirib ki, sürücülük vəsiqəsi imtahan nəticəsində verilir: "Vətəndaş sürücülük vəsiqəsi alana qədər bir sıra prosedurlardan keçir. Onlardan birincisi tibbi müayinədir, daha sonra sürücülük kursları, sürücülük məktəbidir. Sürücülük məktəbini bitirmədən vətəndaş sürücülük vəsiqəsi imtahanını verə də bilmir. Ona görə də, əvvəlki prosedurlar həyata keçirilir, sonra vətəndaş sürücülük məktəbini ugurla bitirdikdən sonra ona xüsusi şəhadətnamə verilir ki, bu həqiqətən də, onu göstərir ki, sürücülük məktəbində oxuyan şəxs kursu keçib, məlumatlıdır, qayda-qanunlardan xəbəri var. Ondan sonra imtahana buraxılır.Sürücülük vəsiqəsini heç bir halda heç cür pulla almaq olmaz. Gedib sürücülük məktəbini oxumalısan, sağlamlıq haqqında arayışın olmalıdır. Həkimlərdən keçməlisən, tibbi arayışın olmalıdır. Daha sonra imtahana buraxıla bilərsən. İmtahanı müvəffəqiyyətlə versən, dövlət rüsumunu ödəyib sürücülük vəsiqəsini alıb sürücü kimi fəaliyyət göstərə bilərsən.Sürücülük imtahanlarına həm müstəqil, həm də sürücülük kurslarında (sürücülük məktəblərində) təhsil alaraq hazırlaşmaq olar"."Sürücülük imtahanı şəxsin yaşadığı yer üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) verilməlidir. Şəxsin yaşadığı yer dedikdə, onun həm rəsmi qeydiyyatda olduğu, həm də müvəqqəti yaşadığı yer başa düşülür. Lakin şəxs müvəqqəti yaşadığı yer üzrə imtahan vermək istədikdə həmin yerdə müvəqqəti yaşadığı barədə arayışı da şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etməlidir.İmtahana buraxılmaq üçün sürücü olmaq istəyən şəxs hər bir halda sağlamlıq arayışı da təqdim etməlidir. Sağlamlıq arayışı olmadan heç kəs imtahana buraxıla bilməz" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər