PDF Oxu

Sosial

  • 1 043

Ötən il 7,5 milyondan çox sərnişinə xidmət edilib

image

2024-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 7,537 milyon sərnişinə xidmət göstərib. SİA hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 31 % çoxdur.Məlumata əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ili infrastrukturun inkişafı, sərnişin axınının əhəmiyyətli artımı və regionun aparıcı aviasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsi ilə başa vurub.2024-cü il ərzində 59,238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub.Beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3,495 milyon, milli aviadaşıyıcı AZAL isə 3,314 milyon sərnişin daşıyıb. Xüsusilə tranzit daşımalarında yüksək artım qeydə alınıb: tranzit sərnişinlərin sayı 130 % artaraq 373,383 nəfərə çatıb.Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24 % çox, yəni 3,419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdə sərnişin dövriyyəsi cəmi 4 % artaraq 728 min nəfər təşkil edib.Bildirilib ki, 2024-cü il Heydər Əliyev Beynəlxalq Aeroportu üçün beynəlxalq arenada da əlamətdar olub: Skytrax World Airport Awards tərəfindən "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı" adına layiq görülüb. Üçüncü dəfə ardıcıl olaraq "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı Heyəti" nominasiyasında qalib gəlib.Aeroport Beynəlxalq Hava Limanları Şurasına (ACI EUROPE) üzv olaraq qabaqcıl standartlara və innovativ texnologiyalara çıxış əldə edib.

Digər xəbərlər