FHN-dən SİA-ya verilən məlumata görə, əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 96kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 50kv.m. sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Miqrasiya və demoqrafik göstəricilər Rusiyanın konfessiya xəritəsini necə yenidən çəkir? Pravoslav xristianlarının sayı artır, lakin əhalidə pravoslav xristianların nisbi payı, təəssüf ki, azalır.
Oververtlər kimlərdir və onlar nədən çəkinirlər?