PDF Oxu

Sosial

  • 555

Bəzi küçələrdə qaz təchizatı dayandırılacaq

image

Bakının Binəqədi və Yasamal rayonlarının bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

Bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, ​Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun R.İsmayılzadə, N.Həşimi, X. Natavan küçələrinin, həmçinin Yasamal rayonunun Şəfayət Mehdiyev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Digər xəbərlər