PDF Oxu

Sosial

  • 598

Ağacəkmə aksiyası - FOTOLAR

Ağacəkmə aksiyası - FOTOLAR

“8 Noyabr – Zəfər Günü” münasibətilə Meşələrin İnkişafı Xidmətinin yanında 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində ərazidə müxtəlif növ ağac tingləri əkilib və onlara aqrotexniki qaydada qulluq göstərilib .

Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji tarazlığın qorunması və gələcək nəsillərə daha sağlam təbii mühitin ötürülməsinə töhfə vermək olub.

Ağacəkmə aksiyası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman Vətən övladlarının əziz xatirəsinə ehtiramın, Zəfər Gününün yaratdığı qürur və vətənpərvərlik ruhunun ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.

Tural Əliyev

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər