Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Landau küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Ə.Ələkbərov, M.Rahim, A.Sultanova, H.Cavid, K.Kazımzadə küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
5000 il sonra...
Öz həyatınıza aid olmadığınızı hiss etmək adi haldır...
Büdcə təxminən 20 milyard dollardır...
Onların gözlərinə baxmaq məcburiyyətində deyilsiniz...