Kəlbəcər rayonunda zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,7 bal olan zəlzələ Ağdam stansiyasından 48 km cənub-qərbdə, yerli vaxtla saat 00:35-də qeydə alınıb. Zəlzələ ocağı Yerin 11 kilometr dərinliyində olub.