PDF Oxu

Sosial

  • 1 033

Dövlət büdcəsindən ən çox təhsil və mədəniyyət sahəsinə vəsaitlər ayrılır - Azər Badamov

image

"Dövlət büdcəsinin vəsaitlərinin həcmi hər il artır. O cümlədən qlobal iqtisadiyyatda da baş verən proseslər ölkəmizin daxili iqtisadiyyatının qurulması istiqamətində görülən işlər, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli sərf olunmasını tələb edir". SİA xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib.Onun sözlərinə görə, bu baxımdan Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinin müsbət qiymətləndirirəm. Hesablama Palatasının hesabatında hər bir istiqamət üzrə bir çox məsələlərə toxunuldu: "2023-2024-cü illərdə fəaliyyətlər arasında kifayət qədər artımın və səmərəliyin artdığını müşahidə etdik".Deputat qeyd edir ki. məni digər məsələlər üzrə bir sual düşündürür: "Çünki dövlət büdcəsindən ən çox təhsil və mədəniyyət sahəsinə vəsaitlər ayrılır. Bu sahələrdə xərclərin səmərəliliyi hansı səviyyədədir? Son illər mədəniyyət və təhsil sahələrində audit fəaliyyət göstərən müəssisələr mərkəzləşmiş təşkilatlar tərəfindən idarə olunur. O cümlədən hər bir dövlət idarəsində təşkil olunmuş müəssisələrin saxlanılması, cari xırclər nəzərdə tutulmuşdur. Bu cari xərclərin ünvanlı şəkildə olmasınada nəzarət olunurdu".

Müəllif: Xeyrənsə Piriyeva

Digər xəbərlər