İstər Qurban bayramında, istərsə də gündəlik həyatda əti necə gəldi istifadə edə bilmərik. Çoxlarımız bəlkə də deyərik ki, burada nə problem ola bilər ki, ətdir də, alırsan, bişirirsən və yeyirsən. Xeyr, məsələ heç də düşündüyümüz kimi deyil. Xüsusilə də Qurban bayramında təzə kəsilən ətlə bağlı mütəxəssis fikirləri vardır ki, onlara əməl etməklə düzgün qidalana, sağlamlığımızın qeydinə qala bilərik.
Mütəxəssislər Qurban bayramında kəsilən heyvanların ən az 1 gün dincəlməsinin lazım olduğunu vurğulayır, uzunmüddətli saxlama üçün donduruculardan istifadənin vacib olduğunu söyləyir.
Qurban bayramında sağlam qidalanmanın mühüm tərkib hissəsi olan ət məhsulları istehlakının artmasını nəzərə alan mütəxəssis ətin saxlanma şəraiti, istehlakı və düzgün bişirilmə üsullarının da vacibliyinə diqqət çəkir. Onlar qurban ətinin lazımi şəraitdə saxlanılmaması, yaxşı bişirilməməsi nəticəsində insan sağlamlığına mənfi təsir göstərdiyini bildirir, ifrazat və həzm sisteminə təsir edən parazit növü lent qurdunun bakteriya ilə insan orqanizminə keçdiyini, az və ya çiy bişmiş ət istehlakı və pis gigiyena şərtləri ilə bulaşdığını qeyd edir.
Mütəxəssislər eyni zamanda bayramda ətlə yanaşı, şirniyyat istehlakının da artdığını bildirərək bunu diqqətdə saxlamağı, həmçinin daha çox maye qəbulu və idmanla məşğul olmağı məsləhət bilirlər.
Qida zəhərlənməsi ola bilər
Qurban bayramında ətin istehlak edilməsi və düzgün şəraitdə saxlanması vacibdir. Ona görə də yeni kəsilən ət ideal olaraq sərin şəraitdə 24 saat dincəlməlidir. Xüsusən də mədəsində problem olan insanlar bu məsələdə diqqətcil olmalıdır.
Saxlanma şəraiti və bişirmə üsulları ilə yanaşı, ətin istirahət etməməsi bəzi problemlərə səbəb ola bilər. Belə ki, əti yaxşı və düzgün bişirməsək, orada çoxalan bakteriyalara görə qida zəhərlənməsi və ya istəmədiyimiz sağlamlıq problemi ilə qarşılaşa bilərik. Ətdən uzun müddətli istifadəni düşünürüksə, dərin dondurucularda mənfi 18 dərəcədə saxlanılmalıdır.
Ancaq qısa müddətdə istifadə olunacaqsa, mənfi 2 ilə 4 dərəcə arasında bir neçə gün saxlanıla bilər. “Tape qurd” dediyimiz qurd bağırsaq florasını pozur və arzuolunmaz nəticələrə səbəb ola bilər. Bu səbəblə tədbir görməkdə fayda var.
Ətin manqalda, sobada və qaynadılmış üsullardan istifadə edərək bişirilməsi məsləhət görülür. Yüksək yağlı və yüksək temperaturda bişmiş ətin zülal strukturu da pisləşir. Tərkibindəki vitamin dəyərləri də ölür. Yağda bişirilməsi məsləhət görülmür.
Mütəxəssislər bəzi insanların səhər yeməyi zamanı da ət istehlak edə biləcəyini nəzərə alıb bunu yalnız qovurma ilə etməyi uyğun görmürlər. Tövsiyə edirlər ki, Qurban bayramı günlərində süfrələrdə standart olaraq pendir, zeytun, yumurta və digər məhsullar olsun, səhər yeməyi də həmişəki kimi eyni şəkildə yeyilsin.
Dietoloqlar məsləhət bilir ki...
Qurban bayramında etibarlı nöqtələrdə satılan qurbanlara üstünlük verilməsinin vacib olduğunu bildirən dietoloqlar bayram günlərində təkcə ət deyil, şirniyyat istehlakının da artdığını və digər məsələləri nəzərə alıb məsləhət görürlər ki:
- Əgər insanın, ümumiyyətlə, qida istehlakında xroniki xəstəlikləri varsa, istər ət, istərsə də şirniyyat olsun, buna uyğun istehlak etməlidir. Bayram günlərində xüsusilə şirniyyatlar bir az çox ola bilər. Ziyarətə getdiyimiz yerdə şirniyyat verilir və təbii ki, ondan imtina etmirik. Təbii ki, imtina edə bilmərik, amma payın miqdarına diqqət yetirək. Şərbətli desertlərin porsiya ölçüsü daha vacibdir.
-Südlü desertlərə müraciət etsək, daha faydalı olar. Maye ilə birlikdə tərəvəz istehlakına böyük diqqət yetirməliyik. Ətdən aldığımız dəmir və digər vitaminlərin orqanizmə daha tez inteqrasiyasını təmin edən lifli qidalar və tərəvəzlərdir.
-Əgər manqalda ət bişiririksə, onu yalnız oda çox dəymədən istisini alacaq şəkildə bişirməyimiz, kömürlə təmas etdirməməyimiz vacibdir. Əks halda qida zəhərlənməsi ilə qarşılaşa bilərik.
-Ətin saxlanma şəraitini düzgün həyata keçirə bilməsək, o, məhv olar, mütləq buna diqqət yetirməliyik. Tutaq ki, dondurduq, ətdən istifadə edəcəyik, əridikdən sonra onu yenidən saxlamağa imkanımız olmayacaq. Biz əti yenidən dondurmağa meyl etdikdə onun strukturunu pozuruq və sağlamlıq baxımından problemli olur.
-Qurban bayramında qida istehlakımız artacağı üçün idmana, gəzintilərə üstünlük verilməlidir. Gün ərzində ən azı yarım saat, 40 dəqiqə piyada gəzmək məsləhətdir.
Mətanət Məmmədova