Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə dəstəyi ilə Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən iki ay müddətində Quba rayonun Alpan və Qəçrəş kəndlərində icra olunmuşdur. Layihə ekoloji və turizm baxımında xüsusi əhəmiyyətə malik olan ərazilərdə tullantıların idarəolunmasına, vətəndaşlarda tullantıların idarə edilməsi mədəniyyətini formalşadırmaqla ətraf mühitin mühafizəsinə hədəflənib. Bu gün məişət tullantıların idarə edilməsi insan cəmiyyəti üçün ciddi bir problemə çevrilib. Xüsusəndə tullantıların insan həyatına və təbiətə vurduğu ziyan hər gün artır, qarşısı alınmaz ekoloji problemlərin dərinləşməsinə, tullantıya məruz qalan ərazilərin ölçüsünün böyüməsinə səbəb olur. Layihə çərçivəsində Quba rayonunda yerləşən turizm baxımından əhəmiyyətli olan Alpan kəndinə 8 ədəd və Qəçrəş kəndinə 7 ədəd olmaqla ümumilikdə 15 ədəd Zibil qutusu ( plasmasdan hazırlanmış, təkərli və qapaqlı, tutumu 1100 litr, uzunluğu 1373 mm, eni 1073 mm, hündürlüyü 1354 mm) kənd icmasının istifadəsinə verilmişdir. Kənd icması arasında ətraf mühitin mühafizəsi tullantıların çeşidlənməsi, kompastlanması və tullantıların idarəolunması məqsədilə marifləndirmə işləri aparılmışdır.
Layihənin effektivliyini və davamlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul şəxsləri ilə görüş keçirmiş. Ətraf mühitn mühafizəsi və tullantıların idarəolunması, yerli icmaların marifləndirilməsi və növbəti mərhələlərdə davamlı işlərin görülməsi məqsədilə təklif və tövsiyələrini bölüşmüşdür.