PDF Oxu

Sosial

  • 1 481

Gənc ana metroda uşaq dünyaya gətirdi FOTO

image

TƏBİB-dən verilən məlumata görə, Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında gənc ana doğuş edib: “Ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblə”.

Məlumatda qeyd olunub ki, hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Yeni doğulmuş körpə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.

Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm, kişi cinslidir.

Digər xəbərlər