Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-25, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.
Nə sağaldır, nə də isidir: alkoqol haqqında ən məşhur miflər... Elmi dəlillər alkoqol və onun sağlamlığa təsiri haqqında uzun müddətdir mövcud olan qərəzli fikirləri təkzib edib...
Əsas münasibətlər...
Belə bir fasilə nahardan əvvəl alınarsa, daha məhsuldar olacaq...