Azərbaycan QHT-ləri şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirib
2025-ci il sentyabrın 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
27 sentyabr– Anım günü ilə bağlı keçirilən aksiya zamanı 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq, Eldar şamı və zeytun ağacları əkilib. Bu yaşıllaşdırma aksiyası Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə ithaf olunub.
Aksiyada 100-dən artıq QHT təmsilçisi iştirak edib. İştirakçılar müxrtəlif tinglərin əkilməsi və sulanmasını həvəslə yerinə yetiriblər.
Qeyd edək ki, həmin ərazidə çox böyük sahədə yaşılıqlar salınıb və suvarma xəti ilə təmin edilib. Abşeron yarımadasının boş ərazilərinin yaşıllşadırılması həm bu zonanın həm də Bakı, Sumqayıt və Xırdalan kimi iri şəhələrin ekologiyasına müsbət təsir edəcək.
Süni meşələrin və yaşıllıq sahələrinin salınması xüsusilə bu zonada çox vacibdir və bu iş mütamadi olaraq davam etdirilir. Abşeronu yaşıllaşdırmaq işində həm dövlət orqanlarının həm də ictimai təşkilatların fəallığı son dərəcə əhəmiyyətlidir.
Elçin Bayramlı