PDF Oxu

Sosial

  • 346

Əcnəbi tələbələrlə "Miqrasiya qaydaları" mövzusunda görüş keçirilib

image

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə" layihəsi çərçivəsində keçirilən tədbirdə ilk çıxış edən Beynəlxalq əlaqələr üzrə prorektor Sevda Rzayeva, tədbir iştirakçılarına Universitet rəhbərliyinin salamlarını çatdırdı, Bakı Avrasiya Universitetində yeni dərs ilində tətbiq edilən son yeniliklərdən, tələbələr üçün yaradılan şəraitdən danışdı və Dövlət Miqrasiya Xidməti əməkdaşlarının əcnəbi tələbələrlə görüşlərinin çox əhəmiyyətli olduğunu qeyd etdi.
Layihə rəhbəri, DMX yanında ictimai şuranın üzvü Vidadi Fətullayev, ölkəmizin yüksələn beynəlxalq nüfuzunun və iqtisadi inkişafının nəticəsi olaraq,universitetlərimizdə təhsil almaq üçün gələn xarici ölkə vətəndaşlarının sayının ildən-ilə artdığını vurğuladı, bu sahədə ali məktəblərin və aidiyyatı dövlət qurumlarının birgə atdıqları addımlardan ətraflı bəhs etdi və tədbirin keçirilməsinə dəstək olan Dövlət Miqrasiya Xidməti, QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Bakı Avrasiya Universitetinin rəhbərliklərinə minnətdarlıqlarını bildirdi.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, mövcud miqrasiya qaydaları barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran suallar,Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Xəyalə İsmayılova, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin inspektoru Ayxan Rzayev və Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin baş inspektoru Nihat Kazımov tərəfindən ətraflı cavablandırıldı və miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəalarına dair izahatlar verildi.

Digər xəbərlər