PDF Oxu

Sosial

  • 461

“Sağlam Qaraciyər – Sağlam Həyat Naminə Maarifləndirmə” FOTOLAR

image

Layihə çərçivəsində Bakı şəhərində növbəti tədbir keçirilib

16 oktyabr 2025-ci il tarixində Nizami rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Sağlam Qaraciyər - Sağlam Həyat Naminə Maarifləndirmə" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub.Tədbirdə həkim mütəxəssislər, tibb müəssisələrinin nümayəndələri, universitet və kollec tələbələri, məktəblilər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Daha sonra Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyinin sədri Eldar Əhmədov çıxış edərək layihənin məqsəd və vəzifələri barədə məlumat verdi. Çıxışlarda qaraciyər xəstəliklərinin erkən diaqnostikasının və profilaktikasının vacibliyi vurğulandı. Dr. İntizar Məmmədova "Qaraciyər transplantasiyası - ikinci şans" mövzusunda, dietoloq Gülnar Abdullayeva isə "Qaraciyərin qorunmasında qidalanmanın rolu" mövzusunda təqdimatla çıxış etdilər.

Tədbir "Mənim sualım var" adlı interaktiv sessiya ilə davam etdi. İştirakçılar sağlam həyat tərzi, düzgün qidalanma və qaraciyərin qorunması ilə bağlı suallarını həkimlərə ünvanladılar.

Tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, qaraciyər xəstəliklərinin qarşısının vaxtında alınması və maarifləndirici işlərin genişləndirilməsi idi.

Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyi bu cür maarifləndirici tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Digər xəbərlər