Hər bir insan zəhmətinə, əməyinə, başqalarına göstərdiyi insani münasibətinə görə dəyərləndirilir və hörmət sahibi olur. Belə qayğıkeş, zəhməti və əməyi ilə tanınan və seçilən şəxslərdən bir də “Bakı Metropoliteni” QSC-nin əməkdaşı Tahirə Məmmədovadır. Tahirə xanım işgüzarlığı, sərnişinlərə diqqət və qayğısı ilə seçilir. Yazının müəllifi olaraq bildirim ki, mən də Tahirə xanımı tanıyıram. Gülərüz, mehriban xanım olaraq Tahirə Məmmədova əlil arabası ilə metroya daxil olan əlillərin, yaşlı insanların, uşaqlı valideyinlərin maneəsiz metroya minib, rahat, təhlükəsiz mənzil başına çatmasına yardımçı olur.
Tahirə xanım işində çox ciddidir, həm də məsuliyyətlidir. Bu da onun öz peşəsinə hədsiz dərəcədə bağlı olduğunu göstərir. Belə işgüzar və fəal əməkdaşının olmasına görə, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə sərnişin məmnuniyyəti və minnətdarlığımızı bildiririk.
Fürsətdən istifadə edib peşəsinin vurğunu olan, xoş təbiətli, qəlbən səmimi olan Tahirə Məmmədovaya can sağlığı, bu səmərəli fəaliyyətində uğurlar arzulayıram.
Hörmətlə:
Vasif Məmmədov