Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, 2025-ci ilin noyabr ayı ərzində (25.11.2025-ci il tarixinədək) keçirilmiş yoxlamalar zamanı 14 klinika və 14 həkim cərimələnib. Məlumatda qeyd olunub ki, cərimələr əsasən sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma ilə bağlı tətbiq edilib: “Bir sıra hallarda lisenziya olmadan və lisenziyadan kənar fəaliyyət aşkar olunub. Aşkar edilmiş faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək növbəti icraata göndərilib. Proses bundan sonrada davam etdiriləcək ”.
İsmət