Dövlət İmtahan Mərkəzindən verilən məlumatına görə, bu ilin qəbul və buraxılış imtahanlarının vaxtı əvvəlki illərə uyğun keçiriləcək. DİM sosial mediada imtahanların vaxtının dəyişdirilməsi ilə bağlı iddialar doğru hesab etməyib. Bildirilib ki, imtahanların qrafiki, adətən, ilin əvvəllərində müəyyən olunur və ictimaiyyətə təqdim edilir.
Qeyd edək ki, sosial şəbəkələrdə imtahanların fevral ayında keçiriləcəyi barədə xəbərlər yayılır. Bu da valideynlər və abituriyentlər arasında narahatlıq yaradır. DİM isə yayılan məlumatların doğru olmadığını bəyan edir.
Qismət