PDF Oxu

Sosial

  • 3 680

FHN Qax rayon Mərkəzi Xəstəxanasında təlim keçirib

image

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Qax rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda yanğın-taktiki təlim keçirilib.SİA xəbər verir ki, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd tibb müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.Əvvəlcə, təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən xəstəxananın kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.Sonra təlimin praktiki hissəsinə start verilib.Şərti yanğın zamanı “həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq xəstəxananın müvafiq personalı ilə əlaqəli şəkildə obyektin təxliyə planına uyğun insanların təhlükəsiz yerə təxliyəsini həyata keçirib, paralel olaraq “yanğınla mübarizə” tədbirləri yerinə yetirilib, habelə şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.Bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil edilir.

Digər xəbərlər

Yaşlandıqca əzələ gücünü necə qorumaq olar..?

Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...

Gecə tərləməsi xərçəngin əlaməti ola bilər...

Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...

“Tam qaranlıq çökdü”: klinik ölüm yaşayan insanların hekayələri...

Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?

Rənginə görə ən sağlam bibərlər müəyyən edilib...

Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...