PDF Oxu

Sosial

  • 2 545

Qarabağ Müharibəsi şəhidi Ələddin Ağayevin ailəsini ziyarət

image

Masallı rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanmaqla yanaşı yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atır.

Belə ki, 7 yanvar 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, ərazi nümayəndəsi və media nümayəndələri ilə birlikdə rayonun Ərkivan qəsəbəsində I Qarabağ Müharibəsi şəhidi Ağayev Ələddin Bahaddin oğlunun ailəsini ziyarət etmişlər.

Ziyarət zamanı çıxış edən rayon rəhbəri Araz Əhmədov dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açmış, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu qeyd etmişdir. Azərbaycanın əldə etdiyi tarixi zəfərin şəhidlərimizin misilsiz fədakarlığı sayəsində mümkün olduğunu vurğulamışdır.

Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinici vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərinə minnətdarlığlarını bildirmişlər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər