PDF Oxu

Sosial

  • 499

“Qəhrəman Ruh, Parlaq Zəka” – Şəhid övladları arasında Bilik və İstedad Festivalı keçirilib - FOTOLAR

image

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsi əsasında maliyyələşdirilən “Qəhrəman Ruh, Parlaq Zəka” – Şəhid övladları arasında Bilik və İstedad Festivalı uğurla baş tutmuşdur. SİA xəbər verir ki, festivalın əsas məqsədi şəhid övladlarının bilik, istedad və yaradıcılıq potensialının üzə çıxarılması, onların ictimai fəallığının artırılması və milli-mənəvi dəyərlər ruhunda dəstəklənməsidir.

Tədbir Vətən uğrunda canından keçmiş şəhidlərin və dünyasını dəyişmiş dəyərli insanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir.

Festival Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilmişdir.

Açılış nitqi ilə layihə rəhbəri, UNEC SABAH Mərkəzinin IV kurs tələbəsi Əsgərova Ceyla çıxış etmişdir. Daha sonra tədbirdə:
Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının nümayəndəsi Aytac Məhərrəmli,UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Həsən Həşimov,“Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədr müavini Nərgiz Kərimova çıxış edərək layihənin əhəmiyyətindən bəhs etmiş, iştirakçılara uğurlar arzulamışlar.
Tədbirin bədii hissəsində iştirakçılar öz yaradıcılıqlarını təqdim etmişlər.

Festivalın sonunda bilik yarışmasının qalibləri:
I yer - Qarabağ ulduzları
II yer - Zəfər beyinləri
III yer -Xarı bülbülün zəkaları kubok, diplom, medal və hədiyyələrlə təltif olunmuşdurlar.

Bununla yanaşı, bütün iştirakçılara təşəkkürna,bədii yaradıcılıqda iştirak edənlərə isə xüsusi hədiyyələr və təşəkkürnamə təqdim edilmişdir.

Tədbir şəhid övladlarının cəmiyyətə inteqrasiyası, onların bilik və istedadlarının qiymətləndirilməsi baxımından yüksək dəyərləndirilmiş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Digər xəbərlər