Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar İnnovasiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edəcək.SİA bu barədə KTN-ə istinadən xəbər verir.Məlumata görə, iki qurumun rəhbər şəxsləri arasında görüş keçirilib.Görüşdə Mərkəzin direktoru Anar Cəfərov, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov, eləcə də hər iki qurumdan aidiyyəti üzrə nümayəndələr iştirak ediblər.Birgə əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə kənd təsərrüfatı istiqamətində peşə kurslarının təşkili, fermerlərə dövlət dəstəyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.A.Cəfərov regionlarda keçirilən Aqrar Biznes Festivallarının yalnız məhsulların tanıdılması və bazara çıxış imkanlarının genişləndirilməsi ilə məhdudlaşmadığını, eyni zamanda kənd yerlərində məşğulluğun təşviqi, peşə bacarıqlarının inkişafı və özünüməşğulluq imkanlarının artırılması baxımından effektiv platforma rolunu oynadığını qeyd edib.H.Abbasov Agentliyin fəaliyyət istiqamətləri, özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqamətində işsiz və işaxtaran şəxslərə təqdim olunan zərflər barədə məlumat verərək, bu mövzuda birgə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.Görüşdə bölgələrdə keçirilən "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirələrində Dövlət Məşğulluq Agentliyinin də mütəmadi iştirakının məşğulluq, özünüməşğulluq və peşə hazırlığı sahəsində mövcud imkanların fermerlər və kənd əhalisi üçün daha dolğun şəkildə çatdırılmasına töhfə verdiyi bildirilib.Müzakirələr zamanı regionlarda aqrar və məşğulluq sahəsini əhatə edən tədbirlərin təşkil edilməsi razılaşdırılıb. Həmçinin, qarşılıqlı əlaqələrin gücləndirilməsi və birgə layihələrin icrası istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.