14 may tarixində keçiriləcək Avroviziya mahnı müsabiqəsinin İkinci Yarımfinalında Azərbaycanı JIVA təmsil edəcək. Təmsilçimiz səhnəyə 02 nömrə ilə çıxacaq. Səsvermə bütün iştirakçıların çıxışından sonra başlayacaq. Tamaşaçılar canlı şounu televiziya və ya YouTube vasitəsilə izləyə, səsvermə açıldıqdan sonra isə öz ölkələrində göstərilən SMS nömrələri və ya mümkün olduğu hallarda www.esc.vote platforması üzərindən Azərbaycana dəstək verə bilərlər.
Posterda qeyd olunan ölkələrdə yaşayan azərbaycanlılar, Azərbaycanın dostları və JIVA-nın çıxışını bəyənən bütün Avroviziya izləyiciləri səsvermə zamanı 02 nömrəsinə səs verərək ölkəmizi dəstəkləyə bilərlər. Hər bir səs önəmlidir. Eurovision milyonlarla tamaşaçı qarşısında Azərbaycan musiqisini, mədəniyyətini və yaradıcı potensialını nümayiş etdirmək üçün mühüm beynəlxalq platformadır.
Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları və Azərbaycanın dostlarını 14 may tarixində JIVA-ya dəstək olmağa çağırırıq.
JIVA-ya səs verin. 02-yə səs verin. Azərbaycana dəstək olun.
İlham
Balet ayaqqabıları geri qayıdır...
Hər şey ana qayğısından asılıdır...