PDF Oxu

Sosial

  • 497

Sabunçu rayonunda şəhidlərin anım tədbirləri davam edir - FOTO

Sabunçu rayonunda şəhidlərin anım tədbirləri davam edir - FOTO

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Mahmudov İbrahim Ağagül oğlu və Şamilov Emil Rafiq oğlunun ildönümləri münasibətilə anım tədbirləri keçirilib.

Şəhidlərin məzarları ziyarət olunub, məzarların önünə gül dəstələri düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Anım tədbirlərində YAP Sabunçu rayon aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, Ramana bələdiyyəsinin sədri Asif Zeynallı, şəhidlərin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.

Qeyd edək ki, İbrahim Mahmudov 1998-ci il noyabrın 23-də Bakı şəhərində anadan olub. Orta təhsilini Sabunçu rayonu, Maştağa qəsəbəsi 108 nömrəli tam orta ümumtəhsil məktəbində alıb. Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Emil Şamilov 1996-cı il iyulun 3-də Bakı Bakı şəhərində anadan olub. Orta təhsilinə Ramana qəsəbəsi, 296 nömrəli tam orta ümumtəhsil məktəbində başlayıb. 9 il burada təhsil aldıqdan sonra peşə məktəbinə daxil olub. Emil Şamilov karate idman növü üzrə 12 qat Respublika, 1 qat Avropa, Zaqafqaziya çempionu və “Qara kəmər” sahibi idi. Xocavənd rayonun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ramana qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlər görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Digər xəbərlər