PDF Oxu

Sosial

  • 302

“Konstitusiya və uşaq hüquqları: hüquqlarımızı tanıyaq, gələcəyimizi qoruyaq” - FOTOLAR

“Konstitusiya və uşaq hüquqları: hüquqlarımızı tanıyaq, gələcəyimizi qoruyaq” - FOTOLAR

Lerik rayon Heydər Əliyev Mərkəzinin və R. Nurullayev adına Cəngəmiran kənd tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı sayəsində 12 Noyabr – Konstitusiya Günü və Uşaq hüquqları aylığı çərçivəsində "Konstitusiya və uşaq hüquqları: hüquqlarımızı tanıyaq, gələcəyimizi qoruyaq" mövzusunda mühazirə təşkil olunub.
Mühazirə zamanı şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi, dövlətimizin əsas qanununun əhəmiyyəti, insan və uşaq hüquqları, eləcə də uşaqların hüquq və vəzifələri haqqında ətraflı məlumat verilib.
Tədbirin sonunda şagirdlərin biliklərini və fəallığını yoxlamaq məqsədilə BİNGO oyunu keçirilib. Oyunda ilk üç yeri tutan şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər