14 noyabr 44 günlük haqq savaşımızda Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Araz Babali oğlu İbadlının anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidin Ürgə kənd qəbiristanlığında uyuyan müqəddəs yeri ziyarət ediblər. Ehtiram əlaməti olaraq ölməzliyə qovuşan şəhidin məzarı önünə tər çiçəklər düzüblər .
Həmçinin Taleh Qaraşov şəhid ailəsi ilə həmsöhbət olaraq onların qayğı və problemlərini öyrənib, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Şəhidin ailə üzvləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü