"18 may -18 iyun İnsan Hüquqları aylığı" çərçivəsində Ombudsman Cənub Regional Mərkəzinin, Lənkəran Regional Miqrasiya İdarəsinin, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin, Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Dövlətimiz hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir" mövzusunda sərgi və maarifləndirici tədbir keçirilib.
İştirakçıları Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Regional Miqrasiya İdarəsinin bölmə rəisi Zamiq Kərimov, YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəsi Anar Kəkəyev, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin əməkdaşı, Astara şəhər Z. Bünyadov adına 2 saylı, Sərək kənd Y. Nəsirov adına, Tüləgüvan kənd X. Şəkərov adına, Qapıçı-məhəllə kənd Ə. Əliyev adına ümumi orta məktəblərinin müəllim və şagirdləri olan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək deyib:- İnsan hüquqlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün insanlar eyni hüquq sahibidir. Hər kəsin doğulduğu andan toxunulmazlığı , eləcə ayrılmaz hüquqları, azadlıqları var. Bu hüquq və azadlıqlar cəmiyyət, eyni zamanda digər şəxslər qarşısında məsuliyyətlərini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları onun müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və vətəndaşlar dövlət tərəfindən müdafiə olunur.
Daha sonra digər iştirakçıların da mövzu ətrafında çıxışları dinlənilib, video-çarx göstərilib. Tədbir iştirakçıların Mərkəzin “Elektron kitabxanası” nın kitablarından, “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxışla başa çatıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu göstərici xüsusilə yaşlı insanlarda məlumatvericidir...