PDF Oxu

Sosial

  • 14

“Azərbaycanda demokratiya ənənələri: vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu”

“Azərbaycanda demokratiya ənənələri: vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu”
Dünən Nizami rayon icra hakimiyyətinin akt zalında "Azərbaycanda demokratiya ənənələri: vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu" mövzusunda konfrans keçirildi. Nizami rayon icra hakimiyyətinin və KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransda rayon ictimaiyyətinin nümayəndələri və ölkənin aparıcı qəzet baş redaktorları iştirak edirdi.
Konfransda giriş sözü ilə çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov media nümayəndələrini və rayon ictimaiyyətinin salamlayaraq, ölkəmizdə vətəndaş quruculuğu istiqamətində görülən işlərdən bəhs etdi. T.Budaqov Azərbaycanda demokratik ənənələrin formalaşmasında vətəndaş cəmiyyətinin rolunu da xüsusi vurğulayaraq, medianın bu işdə xüsusi əhəmiyyətindən söz açdı. Bildirdi ki, Azərbaycanda azad sözün və plüralizmin təmini üçün mühüm imkanlar açılıb.
KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də çıxışında media və vətəndaş münasibətləri istiqamətində ölkəmizdə görülən işlərdən, atılan addımlardan bəhs etdi. Qeyd etdi ki, Azərbaycan söz və mətbuat azadlığına vətəndaş cəmiyyətinin formalaşmasına görə Cənubi Qafqaz ölkələri arasında xüsusi çəkiyə malikdir. İcraçı direktor mətbuatın inkişafına dair dövlət tərəfindən hərtərəfli yardımın edildiyini və bunun nəticəsində Azərbaycan mediasının çiçəklənmə dövrünə qədəm qoyduğunu da diqqətə çatdırdı.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da belə bir tədbirin keçirilməsinin media və vətəndaş münasibətlərinin tənzimlənməsində xüsusi önəm daşıdığını vurğuladı. Bildirdi ki, Azərbaycan özünün tarixi köklərinə, milli-mənəvi dəyərlərinə əsaslanaraq, daima yüksələn xətt üzrə inkişaf mərhələsindədir. 28 May Respublika Günü ərəfəsində keçirilən bu tədbirin xüsusi önəm kəsb etdiyini söyləyən Ə.Amaşov qarşıdan gələn bu tarixi günlə bağlı konfrans iştirakçılarına öz təbriklərini də çatdırdı.
Milli Məclisin üzvü Rasim Musabəyov da çıxışında Azərbaycanda demokratik ənənələrin qorunmasında və təbliğində medianın üzərinə düşən vəzifələrdən bəhs etdi. Qeyd etdi ki, bu gün Azərbaycan mətbuatı inkişaf edir və vətəndaş cəmiyyətləri institutları ilə də münasibətlərini tənzimləyəci bir istiqamətdə qurub. R.Musabəyov Azərbaycan mətbuatı tarixinin onun keçdiyi əhəmiyyətli yolun önəmindən də bəhs edərək, vətəndaşları media ilə münasibətlərini daha fəal formada qurmağa çağırdı.
Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva da çıxışında Azərbaycanda demokratiyanın və söz azadlığının bərqərar olduğunu bildirdi. S.Vəliyeva da 28 May Respublika Günü ərəfəsində keçirilən bu tədbirin əhəmiyyətinə toxundu. O, qeyd etdi ki, Azərbaycan tarixinin ən gözəl səhifələrindən biri müstəqillik tariximiz bu gün özünün ən şərəfli bir dövrünü yaşamaqdadır. Millət vəkili Azərbaycan mediasının inkişafı istiqamətləri, mətbuat, cəmiyyət münasibətləri istiqamətində əldə olunan uğurlardan da bəhs etdi.

Digər xəbərlər