Daşkəsəndə 28 May - Respublika Günü qeyd olundu
Dünən Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatı və Daşkəsən rayon icra hakimiyyəti 28 May Respublika Günü münasibətilə birgə ümumrayon tədbiri keçirib. Tədbirdə çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev əlamətdar gün münasibətilə öz təbriklərini çatdırdı.
Vurğuladı ki, 93 il əvvəl may ayının 28-də xalqımızın vətənpərvər qüvvələrinin səyi ilə dövlət müstəqilliyinin rəmzi olan üçrəngli bayrağımız qaldırıldı. "Bununla da Azərbaycanın müstəqilliyi bütün dünyaya bəyan edildi" deyən Ə.Abıyev Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik müstəqil dövlət olduğunu söylədi. Ə.Abıyev bu gün də xalqımızın özünün istiqlal bayramının parlaq səhifəsi olan Azərbaycan Demokratik Respublikasının yaranması gününü böyük qürur hissi və təntənə ilə qeyd etdiyini söylədi. "23 aylıq ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin dəyişməsi ilə süqut edib. Qısa müddət ərzində mövcud olmasına baxmayaraq, əsas dövlət institutları məhz həmin dövrdə yaranıb. Bugünkü Azərbaycan dövlətçiliyinin kökləri müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa edilib və dövlətçiliyini möhkəmləndirmək üçün tarixi fürsət qazandı. Həmin vaxtlar çoxları qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və daxili qeyri- sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inanmırdı. Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başlanıldı" deyən Ə.Abıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vrğuladı.
Bu gün Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarını, Onun qurub-yaratdıqlarını dönmədən inkişaf etdirən Prezident İlham Əliyev öz müdrik və məqsədyönlü fəaliyyəti ilə müstəqilliyimizi daha da möhkəmləndirir" deyən Ə.Abıyev Azərbaycanın beynəlxalq nüfuzunu, ictimai-siyasi sabitliyin, iqtisadiyyatın möhkəmləndirilməsi istiqamətində atılan addımlar əhalinin rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğı Ulu Öndər Heydər Əliyev ənənələrinə sadiqliyin əyani təzahürü olduğunu söylədi.
Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev də 28 May Respublika Günü münasibəti ilə öz təbriklərini çatdıraraq, bu günün mahiyyətindən bəhs etdi. Bildirdi ki, bu gün müstəqil Azərbaycan 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisi kimi özünün güclü və sarsılsmaz siyasi xətti ilə dünyanın lider dövlətlərindən birinə çevrilib.
Tədbirdə həmçinin, beynəlxalq idman yarışlarında ölkəmizin bayrağını yüksəkliklərə qaldırmış Daşkəsən rayon gənclərinə qiymətli hədiyyələr təqdim edildi.
Tədbir bədii özfəaliyyət kollektivləri üzvlərinin hazırladığı bayram konserti ilə davam etdirilib.