Ermənistandakı Metsamor atom-elektrik stansiyasının (AES) seysmik təhlükəli zonada yerləşən bir obyekt kimi qonşu ölkələrlə yanaşı, Avropanı da narahat etməyə başlayıb. İstismar müddəti başa çatmış bu obyekt real təhlükə mənbəyidir. Ekspertlərə görə, hər hansı bir təkanın olması çox ciddi fəsadlara gətirə və bundan Azərbaycanla yanaşı Türkiyə, İran və Gürcüstan da ziyan çəkə bilər.
"Metsamor" AES region üçün ciddi təhlükə mənbəyidir
Ermənistanda yerləşən AES bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. "Metsamor" AES-də köhnə texnologiyadan istifadə edilməsi, maliyyə olmadığından modernləşdirilməməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir.
Dünyada dördüncü nəsil atom-elektrik stansiyaları inşa olunduğu bir vaxtda "Metsamor" AES kimi stansiyalar fəaliyyətini çoxdan dayandırıb. MAQATE və Avropa Birliyinin ekspertləri də bu stansiyanı ən təhlükəli obyekt kimi qiymətləndiriblər.
1977-ci ildə tikilən həmin reaktorun fəaliyyət müddəti 25 il idi və 2001-ci ildə bu müddət başa çatıb. Hazırda bu stansiya dünyada ən köhnə texnologiyada olan yeganə AES-dir. Onun təhlükəsizlik sistemləri isə, demək olar ki, yoxdur.
1988-ci ildə Spitakda baş verən zəlzələ nəticəsində "Metsamor" AES də yararsız vəziyyətə düşüb. Möcüzə sayəsində Qafqazda "2-ci Çernobıl" baş vermədi. Bu günə kimi bu stansiyada 100-dən artıq kiçik qəza baş verib.
BMT-nin müvafiq konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq protokolu olmalıdır.
Qeyd edək ki, 2001-ci ildə Ermənistan Avropa Şurasına üzv qəbul edilərkən "Metsamor" AES-in fəaliyyətini dayandıracağına dABr öhdəlik götürüb. Amma bu öhdəlik hələ də yerinə yetirilməyib. Beləcə, Qafqazın ortasında "Çernobıl kabusu" dolaşmaqdadır.
Ermənistan əhalisi hər an böyük faciə ilə üz-üzə qala bilər
"Metsamor" stansiyasının region üçün böyük təhlükə olduğunu dərk edən Avropa Birliyi 2001-ci ildə Ermənistanın Avropa Şurasına üzv olması zamanı AES-in birdəfəlik bağlanmasını tələb edib. AB bunun müqabilində Ermənistana 100 milyon avro ayırmaq fikrindəydi, amma Yerevan 1 milyard avro tələb etdi. Buna görə də, bağlanma prosesi baş tutmadı.
Ermənistan rəhbərliyi ölkənin ağır iqtisadi-sosial durumda olduğunu, ölkənin alternativ enerji resursunun olmadığını bəhanə edir. Sanki anlamırlar ki, AES-də qəza baş versə, ilk növbədə, Ermənistan əhalisi məhv olacaq.
2002-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) o vaxtkı baş katibi Məhəmməd əl-Baradeyi Azərbaycana səfər edərkən Prezident Heydər Əliyev bu məsələni qaldırmışdı və qeyd etmişdi ki, bu AES öz fəaliyyətini dayandırmalıdır. Xahiş olunmuşdu ki, "Metsamor"un köhnə reaktorlarının fəaliyyətinin dayandırılması məsələsinə baxılsın. Təəssüf ki, bu stansiyanı bağlamaq əvəzinə, reaktorların ömrü 13 il uzadıldı.
Stansiyanın radiasiya sızıntısı ilə çirklənmiş suları yeraltı sulara qarışıb və Türkiyənin İğdır vilayətində ciddi fəsadlara səbəb olub. Şikəst uşaqların, xərçəng xəstəliyinə tutulmuş insanların, anormal doğulmuş heyvanların sayının artması Türkiyə hökumətini həyəcan təbili çalmağa vadar edib.
"Hürriyyət" qəzetinin verdiyi məlumata görə, Çekmece Nüvə Araşdırma və Təlim Mərkəzi ilə Ərzurum Atatürk Universitetinin fizika fakültəsi Ermənistana yaxın 6 vilayətdə radiasiya ölçmələri aparmağa başlayıb. Mütəxəssislər son zamanlar "Metsamor" AES-ə yaxın ərazilərdə artan ağciyər xərçənginin səbəbinin də radiasiya olduğunu güman edirlər.
Avropa təşkilatları bu stansiyanın
bağlanmasını istəyir
Azərbaycan əvvəllər də kifayət qədər aktiv zonada yerləşən Metsamor AES-in region üçün təhlükə törətməsi barədə dəfələrlə çox ciddi iddia qaldırsa da, təəssüf ki, bu məsələyə soyuq münasibət var idi. Lakin Yaponiyada baş verən hadisədən sonra yaranan vəziyyət Ermənistanda yerləşən bu stansiyanın da böyük problemli bir qurğu olması həqiqətini ortaya qoydu.
Stansiyanın təhlükəli olmasına zərurət yaradan amillər onun aktiv seysmik zonada yerləşməsi, sovet texnologiyası ilə tikilməsi və indiki tələblərə cavab verməməsidir. Əgər bu stansiyada hər hansı fəsad yaranarsa, o zaman böyük bir regionu təhlükə altında qoya bilər.
Artıq Beynəlxalq Atom Enerjisi Təşkilatı bununla maraqlanmağa başlayıb. Region dövlətləri bu məsələ ilə bağlı müraciət edirlər. Hər halda bu məsələ beynəlxalq siyasətin gündəminə gəlməyə başlayıb. Ermənistan buna mane ola bilməz və məsələni özü bildiyi kimi həll etməsi də mümkün deyil.
SSRİ dağılandan, həmçinin, Yerevanın qonşularla müharibəyə başlamasından və Azərbaycanın ərazisini işğal etməsindən sonra həmin vahid energetika şəbəkəsi dağılıb. Ermənistan yanacaq, maliyyə imkanları məhdudlaşandan sonra daha çox "Metsamor" AES-dən asılı vəziyyətə düşüb.
İndi Ermənistanla Rusiya arasında saziş imzalanıb. Rusiya bu dövlət üçün yeni stansiya tikəcək. Təbii ki, havayı, ermənilərin xatirinə. Ermənistan Rusiyanın pulunu qaytarmağa qadir deyil. Amma yeni stansiya tikilənə qədər hələ "Metsamor" işləməli olacaq.
AES-in bağlanması üçün götürülən öhdəliyə əməl edilmir
"Metsamor" stansiyasının region üçün böyük təhlükə olduğunu dərk edən Avropa Birliyi 2001-ci ildə Ermənistanın Avropa Şurasına üzv olması zamanı AES-nın birdəfəlik bağlanmasını tələb edib. AB bunun müqabilində Ermənistana 100 milyon avro ayırmaq fikrindəydi, amma Yerevan 1 milyard avro tələb etdi. Buna görə də, bağlanma prosesi baş tutmadı. Ermənistan rəhbərliyi ölkənin ağır iqtisadi-sosial durumda olduğunu, ölkənin başqa enerji resirsinin olmadığını bəhanə edir. Lakin anlamırlar ki, AES-də qəza baş versə, ilk növbədə, Ermənistan əhalisi məhv olacaq.
Ümumiyyətlə, AES qəzasının çox böyük bir regionda fəciələrə səbəb olduğu faktdır. Çernobılda qəza olanda Avropanın yarısı və SSRİ-nin qərb hissəsində dəhşətli təsirləri oldu. Ona görə də, bu məsələ heç bir dövlətin daxili iş ola bilməz, çünki qəza baş verərsə, faciənin miqyası bir neçə ölkəni əhatə edəcək.
"Metsamor"un ən
böyük zərəri
Azərbaycana dəyir
Bir neçə il öncə professor Məmməd Salmanov ölkə qəzetlərindən birinə bildirmişdi ki, hələ sovet dövründə Ermənistan SSR-in rəhbərliyi Moskvaya müraciət edərək, "Metsamor" AES-in və bir neçə filizsaflaşdırma fabrikinin çirkab sularını toplayıb təmizləmək üçün süni bir su anbarının tikilməsi üçün vəsABt istəyib. SSRİ hökuməti bu məqsədlə Ermənistana 1 milyon sovet rublu maliyyə ayırıb.
Maliyyəni alan ermənilər su anbarı və onun üzərində sutəmizləyici qurğu tikmək əvəzinə, Ermənistan boyunca- düz Sədərəklə sərhəddədək yeraltı böyük diametrli asbest boru xətti çəkiblər. Neçə illərdir ki, Ermənistan ərazisinin böyük bir hissəsinin bütün məişət və sənaye çirkab suları, həmçinin, təhlükəli kimyəvi tullantılar bu boruyla Araz çayına axıdılır!
Sədərəyə qədər Araz çayı, demək olar, heç bir çirklənməyə məruz qalmadığından, ermənilərin özləri çayın suyundan həm məişətdə, həm də kənd təsərrüfatında gen-bol istifadə edirlər. Amma Naxçıvan tərəfdən Azərbaycan ərazisinə daxil olan Araz suyu ifrat həddə qədər çirklənmiş olur.
Bu səbəbdən də hazırda Arazın və onun töküldüyü Kür çayının suyunda radioaktiv nuklidlərin, müxtəlif kimyəvi birləşmələrin (fenol, benzol, toluol, qatı sulfat turşusu və s.), ağır metalların və neft məhsullarının buraxıla bilən konsentrasiyası sanitariya norma və qaydaları ilə limitləşdirilən maksimal həddən 100 dəfələrlə yüksəkdir!
Qonşu ölkələr AES-in bağlanması üçün təzyiq göstərməlidirlər
Azərbaycan Diplomatik Akademiyasının professoru Riçard Russo "Foreign Policy Journal"da yazır: "AES-in fiziki xəttin ayrıcında yerləşməsi azmış kimi, o, həm də siyasi baxımdan qeyri-sabit regiondadır. Reaktorların dəyişdirilməsinə göstərilən səylər uğursuz olub və alternativ enerji mənbələrinin axtarışı və yeni reaktorun ən müasir idarəetmə elementləri və ehtiyat-köçürmə sistemi ilə bağlı göstərilən səylər hələ ki, faydasızdır."
"Ermənistan kimyaçısı, Ermənistan Yaşıllar Birliyinın rəhbəri Akop Sanasaryan 2003-cü ildə bildirib ki, "Metsamor" beynəlxalq nüvə təhlükəsizliyi normalarına uyğun deyil. Bundan başqa, zavod 1988-ci il zəlzələsinin episentrnin 75 kilometrliyində və Ermənistan paytaxtı Yerevanın 30 kilometrliyində yerləşir", - məqalədə deyilir.
"Metsamor" adi bir qəza ilə böyük bir regionda canlı aləmi məhv edə bilər. Ona görə də, bu məsələ heç bir dövlətin daxili iş ola bilməz, çünki qəza baş verərsə, faciənin miqyası bir neçə ölkəni əhatə edəcək. Buna görə də, Ermənistana qonşu ölkələr "Metsamor"un bağlanması üçün təzyiq göstərməlidirlər.
"Fukusima" qəzasını "2-ci Çernobıl" adlandırırlar. Bir çox xarici ölkələrdə AES-lər əleyhinə böyük ictimai etirazlar baş qaldırılıb, bir sıra ölkələr isə AES-ləri dayandırmağa hazırlaşır. Yaponiyadakı hadisədən sonra aktuallaşan situasiyadan səmərəli istifadə edilməlidir. Azərbaycan və Türkiyə belə də edir. Təəssüf ki, İran və Gürcüstanda bu işdə bir o qədər də məsuliyyətli görünmürlər.
Onu da qeyd edək ki, əgər bu stansiya bağlansa, Ermənistan iqtisadi cəhətdən daha çətin duruma düşər, enerji asılılığı maksimuma çatar. Bu məsələnin üzərinə daha çox gedilməlidir. Təkcə düşmən ölkəni enerji blokadasına salmaq üçün yox, ən əsası region ölkələrində yaşayan (içində 2 milyon erməninin də var olduğu) milyonlarla insanı "3-cü Çernobıl"dan xilas etmək üçün...