PDF Oxu

Sosial

  • 11

"Azərbaycanda milli icmaların demokratik və azad fəaliyyət göstərməsi üçün hər cür şərait var"

"Azərbaycanda milli icmaların demokratik və azad fəaliyyət göstərməsi üçün hər cür şərait var"

Azərbaycan gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədr müavini Nərgiz Eyvazova, Hilel Beynəlxalq Yəhudi gənclər təşkilatının sədri İlona Əzimbəyova və ARQO Yunan icmasının rəhbəri Səidə Mehdiyevanın Səs TV-yə müsahibəsi:
- Hansı məqsədlə birgə icmanın yaradılmasını zərurətə çevirdiniz?
Nərgiz Eyvazova:
- Bizim təşkilatımız 2007-ci ildən qeydiyyatdan keçib və o dövrdən başlayaraq Azərbaycanın Avropaya inteqrasiyası ilə yanaşı, bir sıra mövzularda layihələr həyata keçirmişik. Daha sonra isə Azərbaycanın tarixən tolerant dövlət olduğunu nəzərə alaraq 2009-cu ildə ölkəmizdəki icmaların bir araya gətirilməsinə qərar verdik. Çünki, icmalarla qarşılıqlı əlaqələr, bir-birimizin trixini, mədəniyyətini öyrənmək hər iki tərəfə çox şey qazandırırdı. Məhz bu məqsədlə də, 2009-cu ilin noyabr ayında Azərbaycandakı icmaların gənclər təşkilatları bir araya gətirilərək Koordinasiya Şurası yaradıldı. Şuranın tərkibinə yəhudi, yunan, türk, ukayna, tatar, polşa və rus icmaları daxildir. Bunların arasında yəhudi icması artıq beynəlxalq təşkilatdır. Eyni zamanda Cənubi Qafqazda ilk dəfə yaradılan bu təşkilat ümumilikdə Avropada da bir ilkdir.
- Rəhbəri olduğunuz icmaların fəaliyyəti haqqında nə deyə bilrsiniz?
İlona Əzimbəyova:

- Ümumiyyətlə, biz Azərbaycanda böyük icmaya malikik. Azərbaycan ərazisində 15 min yəhudi var. Bizim azad yaşamağımız üçün ölkədə hər çür şərait yaradılıb. Biz sərbəst şəkildə öz işlərimizlə məğul oluruq və bunun üçün bizim təşkilatımız kifayət qədər işlər görür. Bununla yanaşı, Azərbaycanda 2 yəhudi məktəbi və uşaq bağçası var. Ötən il ölkədə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin iştirakı ilə yəhudi məktəbi açılıb. Bakıda 3, digər şəhər və rayonlarda isə 10-larla sinaqoqumuz var. Bütün bunlar yəhudilərə, yəni icmalara Azərbaycanda hər cür şərait yaradıldığının nümunəsidir. Eyni zamanda düşünürəm ki, bizə yaradılan şəraitə əsasən icmamız çox fəal işləyir.
Səidə Mehdiyeva:
- Azərbaycanda tolerantlıqla bağlı danışmağa başlasaq, o zaman gərək biz 19-cu əsrə qayıdaq. Lakin Azərbaycanda ilk Yunanıstan səfiriliyi ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra açılıb. Belə ki, səfiriliyimiz 1993-də Azərbaycanda fəaliyyətə başlayıb. Bundan sonra Azərbaycanda olan bütün yunanlar birləşməyə, bir-birilərini tanımağa başladılar. Düzdür, Azərbaycanda o qədər çox yunan olmasa da, Bakıda, Gəncədə, Naxçıvanda, Sumqayıtda xeyli sayda yunanlara rast gəlmək mümkündür. Hazırda Azərbaycanda təxminən 600-dən çox yunan var. Bizim burada yaşayıb fəaliyyət göstərməyimiz üçün hər bir şərait yaradılıb.
- Azərbaycanda milli azlıqların  mədəni irsinin, dəyərlərinin  dövlət tərəfindən qorunmasını necə qiymətləndirirsiniz?
İlona Əzimbəyova:
- Mən Azərbaycanda icmalara verilən dəstəyi yüksək qiymətləndirirəm. 1999-cu ildən yaranmağımıza, gənc olmağımıza baxmayaraq  fəaliyyətimizi azad, sərbəst şəkildə həyata keçirə bilirik. Bu da bizə göstərilən diqqət və qayğıdan irəli gəlir. Ümumiyyətlə, bizimlə yanaşı Azərbaycanda digər icmaların da  demokratik və azad fəaliyyət göstərməsi üçün hər cür qayğı göstərilir. Ən önəmlisi də budur ki, biz Azərbaycanda özümüzü rahat və sərbəst hiss edirik.

Digər xəbərlər