PDF Oxu

Sosial

  • 16

"Diffamasiya haqqında" qanunun qəbul olunmasına ehtiyac varmı?

"Diffamasiya haqqında" qanunun qəbul olunmasına ehtiyac varmı?

Azərbaycanda mətbuat və söz azadlığının təmini ilə bağlı vəziyyəti qənaətbəxş hesab etmək olarmı? Bəzi ekspertlər "Diffamasiya haqqında" qanunun qəbul olunmasının zamanı yetişdiyini bildirirlər. Doğurdanmı bu qanunun qəbul olunmasına zərurət yaranıb? Bu suallara aydınlıq gətirmək üçün qəzet baş redaktorlarına müraciət etdik.

Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:

- Azərbaycanda mətbuat və söz azadlığı müsbət dəyərləndirilir. Çünki ölkəmizdə, mətbuatın yüksək səviyyədə inkişaf etməsi üçün hər cür şərait yaradılıb. Ölkə mətbuatı üçün görülən işlərin hamısı onu deməyə əsas verir ki, Azərbaycanda mətbuat və söz azadlığı ilə bağlı hər hansı bir problem yoxdur. Mətbuatımız normal şəkildə öz fəaliyyətini göstərir. Dövlət də, mətbuatın müstəqilliyi və inkişafı baxımından öz üzərinə düşən öhdəlikləri bu və digər dərəcədə yerinə yetirir. Qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün bir çox tədbirlər həyata keçirir, ayrı-ayrı dövlət strukturları jurnalistlərlə münasibətləri normal müstəvidə inkişaf etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, hakimiyyətlə mətbuat arasında sıx əməkdaşlıq mövcuddur.
Hesab edirəm ki, "Diffamasiya haqqında" qanunun qəbul olunmasına ehtiyac var. Ölkədə fəaliyyət göstərən bir qrup mətbuat işçiləri düşünürlər ki, "Diffamasiya haqqında" qanunun qəbulu, ölkədə mətbuat azadlığından sui-istifadə hallarına yol aça bilər. Bunu da onunla əsaslandırmağa çalışırlar ki, "reket jurnalistika"sı çiçəklənə bilər. Ümumiyyətlə, bu qanun qəbul olundu və yaxud olunmadı "reket jurnalistika"sı bir fakt olaraq ortalıqdadır. Bu jurnalistikaya qarşı da kifayət qədər mübarizə aparırıq. Yəni "reket jurnalistika"sı var deyə, biz "Diffamasiya haqqında" qanunun qəbulunu geçikdirə bilmərik. Burada beynəlxalq jurnalist təşkilatların Azərbaycanla bağlı hesabatlarına diqqət yönəltsək görərik ki, onlar əsas bir neçə faktı önə çəkir. Bu faktlardan da biri Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunmamasıdır ki, bunu da həmin təşkilatlar mənfi hal kimi qiymətləndirirlər. Biz də beynəlxalq təşkilatların üzvü olaraq və eyni zamanda, inkişaf etmiş bir media nümayəndələri olaraq, "Diffamasiya haqqında" qanunun qəbulunu təmin etməliyik ki, beynəlxalq təşkilatlara əsas verməyək ki, Azərbaycanla bağlı hesabatlarında məhz bu amildən yararlansınlar. Ona görə də, hesab edirəm ki, "Diffamasiya haqqında" qanunun qəbulu lazımdır. Eyni zamanda, "Diffamasiya haqqında" qanun Azərbaycan jurnalistlərinin məsuliyyətinin daha da artırılması deməkdir.

Tapdıq Abbas, "Paralel" qəzetinin baş redaktoru:

- Azərbaycanda mətbuat və söz azadlığının təmini ilə bağlı vəziyyəti qənaətbəxş hesab etmək olar. Çünki bu gün Azərbaycanda mövcud olan qanunvericilik bazasında, hər bir şəxs bir bildiriş yazıb təqdim etməklə qəzet aça bilər. Bu hal dünyanın heç bir ölkəsində mümkün deyil. Hesab edirəm ki, bu gün postsovet məkanında olan müstəqil dövlətlər içərisində mətbuat və söz azadlığı sahəsində Azərbaycan öndə gedir.
Düşünürəm ki, "Diffamasiya haqqında" qanun qəbul olunmalıdır. Bunu iki səbəbdən zəruri sayıram. Birincisi, "Diffamasiya haqqında" qanunun qəbul olunması, Azərbaycanın beynəlxalq nüfuzu və demokratik imici üçün lazımdır. Çünki Avropa Şurasına üzv olanda, üzərimizə götürdüyümüz öhdəliklər sırasında "Diffamasiya haqqında" qanun da daxil idi. İkincisi də "Diffamasiya haqqında" qanunun qəbul olunması, mətbuatı və jurnalisti məhsuliyyətdən azad etmir. "Diffamasiya haqqında" qanunun qəbul olunması jurnalistin yazdığı yazısına görə həbsinə müəyyən qədər məhdudiyyət qoyur. Demək olar ki, bu gün hansısa bir jurnalist yazdığı yazısına görə həbs edilməyib. Hesab edirəm ki, bu mənada Azərbaycan "Diffamasiya haqqında" qanunun qəbul olunmasının vaxtıdır.

Digər xəbərlər