PDF Oxu

Sosial

  • 11

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir
Dünən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən bəhs etdi.
Bildirdi ki, Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. "Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi, sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaratmışdır" - deyə N.Veysov əlavə edib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev də çıxışında tariximizin yetişdirdiyi ən böyük şəxsiyyətlərindən olan Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti barədə ətraflı danışaraq vurğulayıb ki, Azərbaycanın son 40 illik inkişafı birbaşa Onun adı və ideyaları ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin formalaşması, iqtisadiyyatın dinamik, sürətli inkişafı, cəmiyyətin bütün sahələrində aparılan islahatların uğurla nəticələnməsi də məhz Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin nəticəsi olduğunu söyləyən F.Vəliyev Onun zəngin irsinin bugünümüz və gələcəyimiz üçün böyük örnək olduğunu da diqqətə çatdırdı.
Tədbirin digər çıxışçıları Nurəddin Əhmədov, Məcid Şıxlınski Ulu Öndər Heydər Əliyevin Azərbaycanı inkişaf və böyük tərəqqi yoluna çıxardığını vurğulayıblar.
YAP Şəmkir rayon gənclər təşkilatının sədri Ruhid Hacıyev və aparatın rəhbəri Şövqi Həsənov, YAP Şəmkir rayon təşkilatı qadınlar şurasının sədri Nəzixə Zeynalova da çıxışlarında Ulu Öndərin həyat və fəaliyyəti barədə gənclərə ətraflı məlumat veriblər.

Digər xəbərlər